Kanada Ukraynaya 800-dən çox “SkyRanger R70” pilotsuz uçuş aparatı göndərəcək.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Kanadanın müdafiə naziri Uilyam Bler açıqlayıb.
PUA-ların ümumi dəyərinin 70 milyon dollardan çox olduğu bildirilir. Aparatlar Ukraynaya 595,6 milyon dollar hərbi yardım paketi çərçivəsində göndəriləcək.
“Reuters”in məlumatına görə, Kanada Ukraynada 2022-ci ilin fevralı müharibə başlayandan bu günə qədər 7,1 milyard dollardan çox yardım ayırıb.