Lavrov Venesueladadır

lavrov-venesueladadir
Oxunma sayı: 672

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Venesuelaya səfər edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Lavrov Karakasda həmkarı İvan Gil Pinto, eləcə də Venesuela Prezidenti Nikolas Maduro ilə görüşəcək. 

Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, tərəflər görüş zamanı iki ölkə arasında münasibətlərin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə edəcəklər.