Məşhur aktrisa vəfat etdi

meshur-aktrisa-vefat-etdi
Oxunma sayı: 19439

Məşhur türkiyəli aktrisa Oya Aydoğan vəfat edib.

Qafqazinfo”nun Hurriyet-ə istinadən məlumatına görə, aorta damarındakı yırtıq səbəbilə 1 həftədir ki, xəstəxanada olan aktrisanın həyatını xilas etmək mümkün olmayıb. O, bu səhər Türkiyə vaxtı ilə saat 7:15-də keçinib.

Qeyd edək ki, Aydoğan 12 saatlıq əməliyyatdan sonra reanimasiyaya köçürülmüş və 94 saatdan çox orada qalmışdı. Son günlər qan təzyiqi normallaşsa da, beynində çox sayda şiş aşkarlanmışdı. Bundan sonra, tanınmış aktrisanın şişə görə müalicəsi başlasa da, orqanizmi bu müalicəyə reaksiya verməyib.