Müdafiə Nazirliyindən Vahid Əhmədova cavab

mudafie-nazirliyinden-vahid-ehmedova-cavab
Oxunma sayı: 9757

Müdafiə Nazirliyi deputat Vahid Əhmədovun nazir Zakir Həsənovla bağlı fikirlərinə cavab verib.

"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, mayın 31-də  Milli Məclisin növbəti iclasında millət vəkili Vahid Əhmədovun Müdafiə nazirinin ünvanına səsləndirdiyi fikirlər yalandır və həqiqəti əks etdirmir:

"Bildiririk ki, son bir ildə Müdafiə naziri heç bir brifinqdə iştirak etməyib və ona Şuşa ilə bağlı heç bir sual verilməyib.
Millət vəkilinə xatırladırıq ki, “Azərbaycan Respublikasının Müdafiə haqqında Qanunu”nun 4-cü maddəsinin müvafiq bəndinə əsasən “müharibə elan edilməsinə və sülh bağlanılmasına razılıq” verilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir".

Qeyd edək ki, V. Əhmədov dünən nazir Zakir Həsənovun brifinqinə qulaq asdığını və onun azərbaycanca danışa bilmədiyini qeyd edib.