Özcanla Nurgülün “ikinci şans”ı - 13 il sonra

ozcanla-nurgulun-ikinci-sansi
Oxunma sayı: 6295

2002-2003-cü illərdə reytinq qıran “Asmalı konak” serialının unudulmaz qəhrəmanları- Nurgül Yeşilçayla Özcan Deniz illər sonra yenidən eyni filmdə rol alacaqlar.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “İkinci şans” adlı filmin çəkilişlərinə bir neçə gün sonra başlanılacaq.

Denizin filmin ssenarisini 7 il öncə yazdığı, lakin baş qəhrəmanlara uyğun yaş həddinə çatmaları üçün gözlədiyi, bunu Yeşilçaya 40-cı doğum günü münasibətilə hədiyyə etdiyi qeyd olunur.