Pakistanın paytaxtı İslamabadda məsciddə cümə namazı zamanı partlayış baş verib.
“Qafqazinfo” “Geo News”a istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı 15 nəfər həlak olub, 80-dən çox insan yaralanıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Hadisə yerində polis və xilasedicilər çalışır.
***
Ən son məlumata görə, partlayış nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb, 160-dan çox şəxs yaralanıb.
Son xəbərlər
Son Xəbərlər