Prezident taxıl zəmisində olub - Fotolar + Video

prezident-taxil-zemisinde-olub
Oxunma sayı: 4446

Prezident İlham Əliyev iyunun 3-də Ağcabədi rayonunda səfərdə olub.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

***

Dövlət başçısı Ağcabədi rayonunun Hindarx qəsəbəsində fermer Nizami Hüseynovun əkin sahəsində taxıl biçininə başlanması mərasimində iştirak edib.

***

Bundan başqa, Ağcabədi rayonunda dənli bitki toxumlarının emalı zavodu istifadəyə verilib. İlham Əliyev tədbirdə iştirak edib. Kənd Təsərrüfatı naziri İnam Kərimov dövlət başçısına müəssisə barədə məlumat verib.

***

Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib. İlham Əliyev tədbirdə iştirak edib.