“Prezidentin qarşısında alnıaçıq olmaq üçün işləmək lazımdır”

prezidentin-qarsisinda-alniaciq-olmaq-ucun-islemek-lazimdir
Oxunma sayı: 1467

Xalq artisti Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edilməyindən danışıb. 

“Qafqazinfo” xəbər verir verir ki, sabah 70 yaşı tamam olacaq aktrisa Modern.az-a açıqlamasında dövlət başçısının imzası ilə təltif olunmaqdan qürur duyduğunu vurğulayıb.

“Var olsun Prezidentimiz! Var olsun xalqımız! Cənab Prezidentimizə mədəniyyətə, incəsənətə olan qayğısına görə təşəkkür edirəm!”, - deyə A.Bəşirqızı qeyd edib. 

Xalq artisti, həmçinin bütün incəsənət xadimlərinə çağırış edib: “Hamıya demək istərdim ki, mədəniyyəti qorumaq və Prezidentin qarşısında alnıaçıq olmaq üçün işləmək, sənəti yüksək səviyyəyə qaldırmaq lazımdır”.