Puqaçova Ermənistana köçə bilər - KİV

puqacova-ermenistana-koce-biler
Oxunma sayı: 943

Rusiyanın Xalq artisti Alla Puqaçovanın Kiprdəki evi satışa çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.

Bildirilib ki, buna səbəb Yaxın Şərqdə münaqişənin kəskinləşməsidir.

Məlumatda həmçinin qeyd olunub ki, 76 yaşlı müğənni uzun müddətdir satışa çıxardığı malikanəsində yaşamır və Bolqarıstanda ev axtarır. Həyat yoldaşı, 49 yaşlı şoumen Maksim Qalkin isə bu ölkənin paytaxtı Sofiyaya köçüb və yeni mənzilində tək yaşayır.

Puqaçovanın keçmiş stilisti onun Ermənistanın paytaxtı İrəvanda məskunlaşa biləcəyini iddia edib. Eyni zamanda müğənninin Latviyaya köçə biləcəyi də versiyalar sırasındadır.

Qeyd edək ki, A.Puqaçova ilə M.Qalkin artıq 20 ildən çoxdur münasibətdədir, lakin rəsmi nikaha 15 il öncə giriblər.

2022-ci ildə onlar övladları ilə birlikdə Rusiya-Ukrayna müharibəsi fonunda İsrailə köçüb, daha sonra İsrail-Fələstin münaqişəsinə görə Kiprin Limasol şəhərinə gediblər. Hətta cütlüyün Londona köçəcəyi haqda xəbər yayılmışdı.