“Qarabağ” ilk transferini reallaşdırdı - Yenilənib

qarabag-ilk-transferini-reallasdirdi
Oxunma sayı: 8111

Mövsümün ikinci yarısına hazırlaşan “Qarabağ” qış “transfer pəncərəsi”ndə ilk transferini reallaşdırmaq üzrədir.

“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun komandası “Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayevlə anlaşmaq üzrədir.

Klubdan verilən məlumata görə, transfer artıq son mərhələdədir. Aleksey İsayevə görə “Qarabağ” “Sabah”a transfer məbləği də ödəyəcək.

***

“Qarabağ” qış “transfer pəncərəsi”ndə ilk futbolçu keçidini reallaşdırıb.

Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Sabah”ın 28 yaşlı oyunçusu Aleksey İsayev komandaya transfer edilib.

Yarımmüdafiəçisi ilə 3,5 illik müqavilə imzalanıb.