Qaz təchizatı ilə bağlı qanun qüvvəyə mindi

qaz-techizati-ile-bagli-qanun-quvveye-mindi
Oxunma sayı: 3854

“Qaz təchizatı haqqında” Qanun qüvvəyə minib.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev qanunun tətbiqi barədə Fərmanı imzalayıb.

Bu Qanun qaz təchizatı subyektlərinə, istehlakçılara, dövlət orqanlarına (qurumlarına), o cümlədən tənzimləyiciyə şamil olunur.

Qanuna əsasən, qazdan istifadə qaydaları hazırlanacaq.

Nazirlər Kabineti qazdan istifadə qaydalarını hazırlayıb 9 ay ərzində Azərbaycan Prezidentinə təqdim etməlidir.

Nazirlər Kabinetinə bu müddət ərzində qaz təchizatı sisteminə dair qaydaları hazırlamaq da tapşırılıb.