Bakıda "MAZ" markalı yük avtomobili yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən uzaqlaşıb.
Baş DYP İdarəsindən “Qafqazinfo”ya verilən məlumatda bildirilir ki, yol polisinə daxil olmuş video əsasında araşdırma aparılıb.
Araşdırmalarla qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü Yaşar Hüseynov DYP əməkdaşları tərəfindən müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlər görülüb.
Son xəbərlər
Son Xəbərlər