Şakiranın əsli türkdür - Açıqlama

sakiranin-esli-turkdur-
Oxunma sayı: 4644

Türkiyənin Ərciyəs universitetinin dosenti Gökhan Bolat latın pop ulduzu Şakiranın Osmanlı kökənli olduğunu deyir.

Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, Bolatın iddiasına görə Argentinanın keçmiş prezidenti, “El Turko” ləqəbli Karlos Menem və 2007-ci ildə dünyanın ən varlı adamı seçilən Karlos Slim də türk əsillidir.

Bolat “Los Turcos” kimi tanınan tayfanın 1840-1951 illər ərzində Osmanlı imperiyası və Türkiyə Respublikasından Latın Amerika torpaqlarına köç edən ərəb, erməni və yəhudilərdən ibarət olduğunu bildirib.

Onun sözlərinə görə, Osmanlı imperiyası dağıdıldıqdan sonra köç etdikləri torpaqlara uyğunlaşan “Los Turcos”-lar Latın Amerikası cəmiyyətlərinə inteqrasiya olublar və günümüzə qədər gəlib çıxıblar. Bunların ən tanınan nümunəsi isə dünyaca populyar olan Livan əsilli pop müğənni Şakiradır.