Şəhərə çıxa bilməyənlər üçün... - Fotolar

sehere-cixa-bilmeyenler-ucun
Oxunma sayı: 11214

Məlum olduğu kimi, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar verilib.

"Qafqazinfo"nun məlumatına görə, sərt karantin rejimində paytaxtın “Tarqovı” adlanan ərazisi - Nizami küçəsində də fəaliyyət tamamilə dayanıb.

Fotolardan da göründüyü kimi, həmişə sıxlıq olan ərazilərdə boşluq, tam sakitlik müşahidə edilir.

Paytaxt ərazisində yalnız aşayiş keşikçilərini, xidməti avtomobilləri və xüsusi icazə verilmiş nəqliyyat vasitələrini görmək mümkündür.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində  2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb. Qeyd olunan şəhərlər və rayonun   ərazisində fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.