Səmranın səhvinə görə Azərbaycanı cərimələyiblər? - Video

semranin-sehvine-gore-azerbaycani-cerimeleyibler
Oxunma sayı: 12515

Xəbər verdiyimiz kimi, ötən gün “Eurovision” təmsilçimiz Səmra Rəhimli “Globen Arena”da ilk məşqini edib.

Qafqazinfo”ya daxil olan məlumata görə, müğənni səhnədə çıxışını “Youtube” sosial şəbəkəsində canlı yayımlayıb.

S.Rəhimli bununla da Avropa Yayım Birliyi (EBU) qaydalarını pozmuş olub. EBU qaydalarına görə,

“Eurovision” təmsilçilərinin ilk sınaq çıxışları yayımlanmamalıdır. Bu hüquq təkcə “Eurovision”un rəsmi saytı və “youtube” səhifəsinə aiddir.

“Eurovision Times” saytı iddia edir ki, EBU qayda pozuntusuna görə, Azərbaycan nümayəndə heyətinə xəbərdarlıq edib, cərimələyib.

Bu məqamda qeyd edək ki, ötən il eyni hadisəni Rusiya təmsilçisi Polina Gagarina da etmiş, EBU tərəfindən cərimələnmişdi.

İTV rəsmisi isə "Qafqazinfo"ya açıqlamasında televiziyaya belə bir məlumatın daxil olmadığını bildirib.

Elvin Elxan