Şir onunla şəkil çəkdirmək istəyən kişini parçaladı

sir-onunla-sekil-cekdirmek-isteyen-kisini-parcaladi
Oxunma sayı: 4383

Hindistanda yırtıcı şir qəfəsdə selfi çəkdirmək istəyən kişini parçalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Belə ki, Prahlad Gujjar adlı şəxs heyvanın tövləsinin yaxınlığındakı qadağan olunmuş əraziyə düşərkən təhlükəsizlik qaydalarını pozub.

O, zoopark işçilərinin xəbərdarlıqlarına məhəl qoymayaraq, şirlə üz-üzə gəlib. Yırtıcı hindlini 10 dəqiqəyə parçalayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, zərərçəkən sərxoş olub. 

Zoopark gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün gücləndirilmiş təhlükəsizlik tədbirlərini açıqlayıb.