Toyundan 1 həftə sonra evdən çıxıb geri qayıtmadı - Fotolar

toyundan-1-hefte-sonra-evden-cixib-geri-qayitmadi
Oxunma sayı: 13469

Rusiya polisi toyundan bir həftə sonra yoxa çıxan azərbaycanlı gənc qadını axtarır.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Sankt-Peterburqda yaşayan 23 yaşlı Gülnarə Vəliyeva bu il aprelin 22-də həkimə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun aprelin 15-də Samir adlı oğlanla toyu olub.

Gənc qadının əri polisə bildirib ki, o, günorta saatlarında evdən çıxıb və özü ilə şəxsiyyət vəsiqəsini götürməyib. Üzərində boz rəngli paltodan başqa digər geyimləri xatırlamır. Onun bu açıqlaması Gülnarənin yaxınlarını “Görəsən, Samirmi öldürüb?” fikri ilə narahat edib.

Rusiya İstintaq Komitəsi G. Vəliyevanın öldürülmə ehtimalını da istisna etmirlər.