Traktorla minik avtomobili toqquşdu - Xəsarət alanlar var + Video

traktorla-minik-avtomobili-toqqusdu
Oxunma sayı: 1613

Bərdədə traktorla minik avtomobili toqquşub, xəsarət alanlar var.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Alpoud kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan traktor “Toyota” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik maşını aşıb.

Hadisə zamanı 6 nəfər xəsarət alıb. 

Faktla bağlı araşdırmalara başlanılıb.

***

Bərdədə baş verən qəzada xəsarət alanların kimliyi məlum oldu.

Belə ki, rayonun Məmmədli kənd sakinləri, Həsənov İlham (1958), İsmayılov Qoşqar (1964), Gülməmmədov Etibar (1974), -cü il təvəllüdlü Qasımov Elməddin (1994), Yaqubov Əvəz (1955) və Cabbarov Şaiq adlı şəxs xəsarət alaraq Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.

***

Bərdədə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 24.08.2025-ci il tarixində saat 10:50 radələrində 6 nəfər (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. 

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Ziya Əmirxanlı