Xədicə İsmayılın azadlıqda - İlk fotoları

xedice-ismayilin-azadliqda
Oxunma sayı: 10164

Xəbər verdiyimiz kimi, bu gün Ali Məhkəmədə jurnalist Xədicə İsmayılın kassasiya şikayətinə baxılıb və o, azadlığa buraxılıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, artıq Xədicə İsmayıl cəzaçəkmə müəssisəsindən buraxılıb. Onu müəssisənin qarşısında dostları, jurnalistlər qarşılayıblar.

Qeyd edək ki, X.İsmayıl təqsirləndirildiyi Cinayət Məsəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə bəraət alıb. CM-nin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə 3 il şərti cəza verilib.

Xədicə İsmayılın azadlıqda çəkilmiş ilk fotolarını təqdim edirik: