Xoşqədəmin körpəsi ilə ilk - Fotosu

xosqedemin-korpesi-ile-ilk
Oxunma sayı: 22469

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Doğuşla ailəli olan teleaparıcı Xoşqədəm Hidayətqızının əkiz oğlanları olub.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən məlumatına görə, Şişlidə özəl xəstəxanalardan birində qeysəriyyə əməliyyatı ilə dünyaya gələn əkizlərdən biri küvözdə saxlanılır. Hər iki körpənin vəziyyəti yaxşıdır.
Cütlük əkizlərdən birinə Arda adını qoyub. Digər uşağın adı isə hələ ki, açıqlanmır.

Doğuş həyat yoldaşı və körpələrdən biri ilə xəstəxanada çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı Doğuşla 2014-cü ildə ailə həyatı qurub. Teleaparıcın birinci evliliyindən Zaur adlı oğlu var.