“Yaşlaşdıqca ölümdən qorxuram...” - 72 yaşlı aktrisa

yaslasdiqca-olumden-qorxuram
Oxunma sayı: 7490

Türkiyəli aktrisa Nebahat Çehrə “Həyat başlasın” verilişndə qonaq olub və həyatı ilə bağlı bəzi etiraflar edib.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən məlumatına görə, 72 yaşlı aktrisa həm keyfiyyəti, həm oyuncu heyəti, həm də reytinqlərdə birinciliyi qoruyub saxlayan “Aşk-ı Memnu” serialından bəhs edib.

“Mən işimə çox hörmət edirəm. Məsələn, “Aşk-ı Memnu”dakı ən gözəl səhnə Beren Saatın oynadığı “Ölürəm, ana” deyə mənə xitab etdiyi səhnədir. Hər kəs bu cür səhnələrin asanlıqla çəkildiyini zənn edir, amma yanılırlar. Bu səhnələr klassik musiqi dinləyərək çəkildi”., - deyə N. Çehre söyləyib.

Sənətçi yaşlaşdıqca ölümdən qorxduğunu da etiraf edib.