Abdulla Gülün hamilə mühafizəçisi şəhid oldu - Fotolar

abdulla-gulun-hamile-muhafizecisi-sehid-oldu
Oxunma sayı: 11615

Türkiyənin keçmiş prezidentinin mühafizəçisi şəhid olub.

Qafqazinfo” türk KİV-nə istinadən xəbər verir ki, dünən Midyat bölgəsində baş verən terror hadisəsində həlak olan polis məmuru, 6 aylıq hamilə olan Şərifə Özdən daha əvvəl eks-prezident Abdullah Gülün mühafizə dəstəsində yer alıb. O, uzun müddət prezidenti mühafizə edib.

Qeyd edək ki, Abdullah Gülün mühafizə qrupunda yer alan şəxslər sırasına Şərifə Özdən olmaqla artıq 4 nəfər şəhid olub.

Aysel Kərimova