Aydoğanın sərvəti açıqlandı - Bütün pulunu antik əşyalara xərcləyib

aydoganin-serveti-aciqlandi
Oxunma sayı: 8516

Mərhum türkiyəli aktrisa Oya Aydoğanın sərvəti ilə bağlı artıq müzakirələr başlayıb.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aktrisa ölümündən öncə verdiyi reportajlardan birində bildirib ki, karyerasından əldə etdiyi bütün gəliri antik əşyalara xərcləyib və özünə bir ev alıb.

Qeyd edək ki, 59 yaşlı sənətçi aorta damarındakı yırtıq səbəbilə mayın 8-də xəstəxanaya yerləşdirilib. O, 12 saatlıq əməliyyatdan sonra reanimasiyaya köçürülüb və 94 saatdan çox orada qalıb. Son günlər qan təzyiqi normallaşsa da, beynində çox sayda şiş aşkarlanıb. Onun şişə görə müalicəsi başlasa da, orqanizmi bu müalicəyə reaksiya verməyib. Aydoğan mayın 15-də Türkiyə vaxtı ilə saat 7:15-də dünyasını dəyişib.