Azərbaycanda hamilə qadın əməliyyatdan sonra öldü

azerbaycanda-hamile-qadin-emeliyyatdan-sonra-oldu
Oxunma sayı: 3777

Gəncə şəhərində xəstəxanaların birində ölüm hadisəsi baş verib.

Qafqazinfo”nun Ans press-ə istinadən məlumatına görə, hadisə Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında qeydə alınıb.

Xəstəxanadan verilən məlumata görə, 3 aylıq hamilə olan şəhər sakini 1982-ci il təvəllüdlü Aynur Oktay qızı Kərimova sancısı olduğu üçün xəstəxanaya müraciət edib. Onu ginekologiya şöbəsinə yerləşdiriblər.

Şöbədə ona uşaqlıqdan kənar hamiləlik diaqnozu qoyulub və əməliyyat edilib. Əməliyyatdan sonra qadın dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.