“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonunun Ramiz Quliyev küçəsində yerləşən “LUKoil” şirkətinə məxsus yanacaqdoldurma məntəqəsində qeydə alınıb.
İlkin məlumata görə, partlayış nəticəsində bir nəfər ölüb.
***
BŞTTTYS-dən Trend-ə verilən məlumata görə, partlayış "LUKOIL" şirkətinə məxsus yanacaqdoldurma stansiyasında baş verib.
Stansiyadan həmçinin bildiriblər ki, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır xəsarət alıb. Yaralı Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
LUKOIL-ın Bakıdakı ofisindən Trend-ə verilən məlumata görə, hazırda şirkətin mütəxəssisləri hadisə yerindədirlər və partlayışın başvermə səbəbini araşdırırlar.
***
LUKOIL-ın Bakıdakı ofisindən Trend-ə verilən məlumata görə, hazırda şirkətin mütəxəssisləri hadisə yerindədirlər və partlayışın başvermə səbəbini araşdırırlar.
Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, partlayış nəticəsində yaxınlıqdakı "Mitsubishi" markalı avtomobilə də ziyan dəyib.
Məlumata görə, LUKOIL-a məxsus həmin yanacaqdoldurma məntəqəsi təmirdən sonra istifadəyə verilməyə hazırlanırmış.
Respublika Neyrocərrahiyyə Xəstəxanasından Trend-ə verilən məlumata görə, yaralı 1986-cı il təvəllüdlü Turabov Həşimdir. Hazırda yaralının vəziyyəti kafi qiymətləndirilir.
FHN-in hadisə yerində olan əməkdaşlarının Trend-ə bildirdiyinə görə, hadisə zamanı iki nəfər ölüb. Onlar Orucov Şamxal və İmamverdiyev Həsrətdir.
Ölənlər məntəqədə aparılan son tamamlama işlərində çalışan şəxslər olub.
Son xəbərlər
Son Xəbərlər