Beren Saat 40 yaşını onlarla qeyd etdi - Fotolar

beren-saat-40-yasini-onlarla-qeyd-etdi
Oxunma sayı: 7168

Türkiyəli aktrisa Beren Saat 40 yaşını qeyd edib.

“Qafqazinfo” xəbər verir ki, sənətçinin doğum günündə müğənni həyat yoldaşı Kenan Doğulu, “Aşk-ı Memnu” serialında rol almış aktyor Selçuk Yöntem, aktrisa Hazal Kaya, həmçinin ekran işinin rejissoru Hilal Saral iştirak edib.

“Yaxşı ki doğuldun, sevgilim. Dünya içində sən olduğun üçün çox şanslıdır”, - Berenlə səmimi fotolarını paylaşan Kenan yazıb.

Doğum günündən görüntüləri təqdim edirik: