Qeyd edək ki, rayon sakinləri “Qafqazinfo”ya natəmizliklə bağlı şikayət etmişdilər. Ötən gün Həmin foto-reportajı yayımlayarkən problemin müvafiq qurumlar tərəfindən aradan qaldırıldıqdan sonra yenidən işıqlandırılacağını qeyd etmişdik.
Xəbər saytda yerləşdiriləndən dərhal sonra Nəsimi Rayon İcra Hakimiyyətinin tapşırığı ilə ərazidə yerləşən zibil qutularının ətrafındakı natəmizlik aradan qaldırılıb.
Xatırladaq ki, həmin ərazi Olimpik-Star idman kompleksi ilə Niaqara restoranının arasındakı küçədə yerləşir.
“Qafqazinfo” sözünə sadiq qalaraq ərazinin yeni fotolarını sizlərə təqdim edir: