İcra başçısından “Razin talkuçka”sındakı vəziyyətlə bağlı- - Açıqlama

icra-bascisindan-razin-talkuckasindaki-veziyyetle-bagli-
Oxunma sayı: 6298


İcra başçısı “Qafqazinfo”ya açıqalmasında problemin elə yerindəcə həll edildiyini diqqətə çatdırb. Adil Vəliyev bildirbi ki, yaranmış vəziyyət yəni bazarın yol hissəsinin sökülməsi ilə bağlı verilən qərar səliqə-səhmanın, nizam-intizamın yaradılması məqsədi ilə həyata keçirilib. Bu dünən İcra Hakimiyyətinin qarşısına yığışan satıcılara da deyilib və satıcılar qurumun bu mövqeyini razılıqla qarşılayıblar. Bazarın rəhbərliyi tələb olunan şərtlərin tezliklə həyata keçiriləcəyini bildirib: “Məqsəd sadəcə olaraq həmin bazarın qarşısındakı küçədə tıxacın aradan qaldırılmasını və ticarət mərkəzinin təhlükəsizlik sistemi ilə təmin edilməsini təşkil etməkdir. Bundan başqa bazarda müasir tələblərə cavab verən şəraitin yaradılmasını həyata keçirtmək olub. Yol tərəfdən sökülən ticarət obyektlərinin yerinə bazarın arxa hissəsində bir neçə mərtəbəli müasir standartlara cavab verən obyekt tikiləcək. İndiki satıcılar orada yerləşdiriləcək. Məsələni bazar əməktaşlarının diqqətinə çatdırıb izah etdikdən sonra onlar yüksək razılığını bildirərək geri qayıtdılar və ölkədə dövlət başçısının həyata keçirdiyi böyük quruculuq  işlərinə dəstək olacaqlarını qeyd etdilər”.