Ukraynada müxalifətin qələbəsindən sonra toqquşmalarda həlak olan nümayişçilərlə vida mərasimi keçirilib.
“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, inqilabın mərkəzi olan “Maydan”dan başlayan vida mərasminə minlərlə insan qatılıb.
Xatırladaq ki, müxalifətin əzmli qələbəsindən sonra prezident Yanukoviç növbədənkənar seçkilərin keçirilməsinə razılıq verib. Eyni zamanda, Ali Rada Konstitusiyaya 2004-cü ildə dəyişiklikləri ləğv edib və hökuməti formalaşdırmaq funksiyası prezidentdən parlamentə keçib.
Son xəbərlər
Son Xəbərlər