“Mən həbs görmüş qadınların adından...” - Gülər Əhmədova

men-hebs-gormus-qadinlarin-adindan-
Oxunma sayı: 10411

Sabiq deputat, həbs edilən və şərti azadlığa çıxan Gülər Əhmədova son günlər müzakirə mövzusu olan amnistiya ilə bağlı fikirlərə münasibət bildirib.

Qafqazinfo”nun məlumatına görə, eks-deputat bildirib ki, bəzi sosial şəbəkə istifadəçiləri amnistiya haqda “işsiz-gücsüz ac insanları buraxacaqlar Azərbaycanın üstünə ki, gedin adam öldürün, gedin oğurluq edin başınızı saxlayın”, -deyə reaksiya verirlər.

Gülər Əhmədova bu fikirlərə qarşı sərt mövqedə olduğunu qeyd edib:

“Düşünən yoxdur ki, Azərbaycanda azadlığa çıxan 3000 adam üçün iş yerləri varmı? Mən onu bilirəm ki, bu yazıq, yetim, bədbəxt millətin xeyirinə heç kim, heç nə etmir. Təəssüf olsun.

Mən isə həbs görmüş, ailəsinə qovuşacağı günü gözləyən bütün qadın və kişilərin adından yazıram. Sizə ayıb olsun! Bilmədiyiniz, qanmadığınız işlər haqqında susun! Həbsdə olanların çoxu sizdən yaxşı və cəmiyyət üçün daha xeyirli adamlardır. Əlbəttə, istərdim yazam ki, “Sizə də qismət olsun!” Yazmıram. Çünki, bu imtahanı verə bilməzsiniz, boş-boş danışırsınız. Ağıllı olun!”.

Qeyd edək ki, 28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. 10 minə yaxın şəxs amnistiya aktının təsiri altına düşəcək ki, onlardan 3500-ə yaxın məhkum azadlığa çıxacaq.