Paşinyan Gürcüstanda səfərdədir

pasinyan-gurcustanda-seferdedir
Oxunma sayı: 1888

Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Baş nazirinin mətbuat katibi Mane Gevorkyan açıqlayıb.

Bildirilir ki, rəsmi qarşılanma mərasimindən sonra Paşinyan və ölkənin Baş naziri İrakli Qaribaşvili arasında təkbətək və geniş tərkibdə görüşlər keçiriləcək.

Bununla yanaşı, N.Paşinyan və Gürcüstan Prezidenti Salome Zurabişvili arasında da görüşün keçiriləcəyi planlaşdırılır.