Qəzada həlak olan Ceyhun Aprel döyüşlərinin iştirakçısı imiş...

qezada-helak-olan-ceyhun-aprel-doyuslerinin-istirakcisi-imis
Oxunma sayı: 6665

Ötən gün Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində həlak olan 4 hərbi qulluqçudan biri Aprel döyüşlərinin iştirakçısı olub.

"Qafqazinfo" xəbər verir ki, söhbət Ceyhun Qafarovdan gedir. Aprel döyüşlərinin iştirakçısı C.Qafarov ordumuzun giziri olub.

O, Lerik rayonu Siyov kəndində anadan olmuşdu.

Qeyd edək ki, Ceyhun Qafarovun atası da hərbçi olub. Belə ki, mərhumun atası mayor Mehman Qafarov 1993-cü ildə Ağcabədi rayonu Avşar kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Lerik rayonu Siyov kənd orta məktəbi Mehman Qafarovun adını daşıyır.