Səmra Kris Braunun konsertində - Fotolar

semra-kris-braunun-konsertinde
Oxunma sayı: 5323

“Eurovision-2016” mahnı yarışmasında ölkəmizi təmsil edən Səmra Rəhimli ötən gün Kris Braunun Bakıdakı konsertində iştirak edib.

Qafqazinfo” ans press-ə istinadən xəbər verir ki, ifaçı bu dəfə səhnədə yox, tamaşaçıların yanında olub.

İfaçı konsertə rəfiqəsi ilə birgə qatılıb. Səmra Rəhimli konsertdə onu tanıyanlar ilə birgə xatirə şəkli də çəkdirib.

Konsert bitdikdən sonra ifaçı rəfiqəsi ilə birlikdə səhnənin arxa tərəfinə keçməklə ərazidən uzaqlaşıb.