“Sözün hər cür mənasında işim bitdi” - Ləman Ələşrəfqızı

sozun-her-cur-menasinda-isim-bitdi
Oxunma sayı: 11914

“20 ildir jurnalistikadayam. Bu sahədə fəaliyyətim şükür Allaha göz qabağındadır. Nə plagiatlığım oldu, nə adımdan sui-isifadəm. Zərdabi mükafatını da, Əməkdar jurnalist adını da utana-utana yox, alın tərimlə qazandım. Dekabrdan bu yana hazırladığım sənədli filmlər də düşünürəm ki, mənə yaradılmış imkan daxilində yetərincə maraqlı işlərdir. Artıq filmin sonuna gəldim”.

Qafqazinfo”nun məlumatına görə, bu sözləri tanınmış jurnalist Ləman Ələşrəfqızı sosial şəbəkədəki şəxsi hesabında yazıb. Onun bu paylaşımı media nümayəndələri arasında böyük müzakirəyə səbəb olub. Bu məsələyə bir çox qələm adamı münasibət bildirərək Ləman Ələşrəfqızının sözügedən paylaşımla ANS-dən getməyinə işarə vurduğunu qeyd ediblər. Amma jurnalistin özü kanaldan ayrılması xəbərini nə təsdiq, nə də təkzib edib.

Ləman Ələşrəfqızı qeydində bildirib ki, haqsızlıqdan və ədalətsizlikdən yorulub:

“Sözün hər cür anlaşılan mənasında işim bitdi. Bu işi qiymətləndirənlərə sağ olun deyirəm, görməzdən gələnləri vicdanlarıyla baş-başa buraxıram. Bu müqəddəs bayramda Allah hər kəsin ürəyincə versin! Çox yoruldum. Hər şeydən, haqsızlıqdan, ədalətsizlikdən, başında üçcə dənə tükdən başqa heç nəyi olmayanların hikkəsindən, mənəm-mənəmliyindən, çığır-bağırından. Jurnalistikanı isə sevirəm və çoxlarının acığına hələ uğurlarım qabaqdadır!”

Xatırladaq ki, bir müddət öncə məşhur jurnalistlər İlhamiyyə Rza, Kəmalə Əlisgəndərqızı da ANS-dən ayrılıblar. Kanalın digər tanınmış simaları Səbinə Heydərova, Sevda Həsənova (Böyük Seva) və Natiq Nailəoğlunun da işdən çıxması haqda mediada xəbərlər yayılsa da, ANS bu xəbərləri təkzib edib.