Yolu keçmək üçün keçidə düşmədi, maşın vurdu - Video

yolu-kecmek-ucun-kecide-dusmedi-masin-vurdu
Oxunma sayı: 2921

Axşam saatlarında Yasamal rayonunun Şərifzadə küçəsində piyadanı avtomobil vurub.

“Qafqazinfo” xəbər verir ki, qəza metronun “İnşaatçılar” stansiyasının keçidinin olduğu ərazidə baş verib. Piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçməyə çalışan şəxs hadisə nəticəsində ağır xəsarət alıb və təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Sosial şəbəkələrdə hadisə yerindən video yayılıb. Görüntülərdə hadisə yerinə çoxsaylı insanların toplaşması, piyadaların yolun hərəkət zolaqlarına çıxaraq nəqliyyatın hərəkətini dayandırması da müzakirələrə səbəb olub.

***

Bakı şəhər Baş Polis İdarəsinin DYP İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli “Qafqazinfo”ya bildirib ki, hadisə yanvarın 8-də saat 21 radələrində baş verib:

“ “Mercedes” markalı minik avtomobilinin xanım piyadanı vurması nəticsində piyada müxtəlif dərəcəli xəsarətlər alıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. Hadisə metronun keçidinin üzərində baş verib ki, bu da bir çox piyadaların keçidlərdən deyil, onlar üçün nəzərdə tutulmayan yerdən yolu keçdiyini göstərir. Bununla əlaqədar olaraq bir daha piyadaları ehtiyatlı olmağa və təyin edilmiş yerlərdən yolu keçməyə çağırırıq”.