Xalq artisti Zülfiyyə Xanbabayeva sosial şəbəkədə qızı Dənizlə fotolarını paylaşıb.
“Qafqazinfo” xəbər verir ki, izləyicilər sənətçinin özünə bənzəyən qızını “bir almanın iki yarısı” adlandırıblar. Xanbabayeva qızının timsalında bütün uşaqlara arzularını yazıb:
“Həyat nədir?!
Həyat mübarizədir. Arzular və məqsədlər, yaşamaq və yaratmaq, özündən sonra davam edəcək həyat üçün var olmaq... Övlad sahibi olmaq, onu sevmək, onun arzuları üçün yaşamaq və mübarizə aparmaq - həyat budur.
Hər üzüntünü, yorğunluğu bir gülüşünüzlə bizə unutduran - balalarımız!
Hər zaman deyirəm, sizin gününüz tək bu gün deyil, sizin varlığınız valideynləriniz üçün hər gün bayramdır”.
Xatırladaq ki, ifaçı "Simurq" futbol klubunun eks-prezidenti Zaur Məmmədovla evlidir. O, 2007-ci ildə ana olub.


Son xəbərlər
Son Xəbərlər