Lənkəranda uçan robot sürprizi - Video

lenkeranda-ucan-robot-surprizi-video
Oxunma sayı: 688

“Qafqazinfo”nun anspress-ə istinadən məlumatına görə, uşaqlıqdan uçan aparatlara həvəsi çox olan Rizvan Qasımovu Bakıdakı Fizika - Riyaziyyat Təmayüllü İnternata da onu bu həvəs gətirib. İlk ixtisas seçimi Bakı Dövlət Universitetinin Fizika fakültəsi olub. Amma 3-cü kursda anlayıb ki, yerində deyil. Azərbaycan Texniki Universitetinin Radiotexnika fakultəsini seçməsi isə ixtiraçılıq həvəsindən yaranıb. Elə yerdən pult və kompüterlə idarə etdiyi “uçan robot” da bu həvəsin bəhrəsidir.

Maraqlısı robotun göydə avtonom vəziyyətdə belə, uçmaq qabiliyyətinə malik olmasıdır. Müsahibimiz deyir ki, avtomatik idarə olunma robotun istifadə imkanlarını artırır. Meşə və hündürmərtəbəli ev yanğınları zamanı “uçan robot”un çəkdiyi videokadrlar əvəzsiz ola bilər. İndiki vəziyyətdə kamera həm videogörüntünü çəkmək həm də yerə ötürmək qabiliyyətinə malikdir. Hazırda Rizvan müəllim kameranın çəkisini 2 kq-a çatdırmaq üzərində işləyir.

Çəkisi 4,5 kq olan aparatın köməkçi hissələri xaricdən gətirilsə də əsas hissələri mühəndis özü zərgər dəqiqliyi ilə işləyib. Mühəndis uşaqlıq arzularını uçan təyyarə və vertalyot maketləri üzərində də sınayır. Əsas çətinliyi vaxt və yaşayıb çalışdığı Bakıda məkan darlığıdır.