Məşhur müğənni Murad Boz aktyor dostu Eser Yenenlerlə bir arada görüntülənib. “Qafqazinfo” xəbər verir ki, onların yanında “İşte benim stilim” yarışması ilə məşhurlaşan Nihal və Bahar Candan bacıları da olub.
Boz bir neçə saat sonra məkandan ayrılıb. Eser isə Beşiktaş-Levazımdakı evinə gedib. Qısa müddətdən sonra Muratın və iki bacının da eyni evə getdiyi məlum olub.
Sabah 05:40-da mənzildən çıxan Candan bacıları fotoqraflara tuş gəliblər.
Bundan başqa, Türkiyənin “Hürriyet” qəzeti Bozun Aslı Enverə xəyanət etdiyini iddia edib.


Son xəbərlər
Son Xəbərlər