Nazir müavini Yəhya Musayev Çexiya nümayəndə heyətini qəbul etdi

nazir-muavini-yehya-musayev-cexiya-numayende-heyetini-qebul-etdi
Oxunma sayı: 2037

Bu gün müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Azərbaycanda səfərdə olan Çex Respublikasının “Ceska Zbrojovka Group SE” şirkətinin idarə heyətinin sədri və prezidenti Lubomir Kovarikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, qonaqları salamlayan nazir müavini Azərbaycan ilə Çexiya arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla ifadə etdi. Nazirliyin fəaliyyətindən danışan Yəhya Musayev Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Çexiyanın müvafiq qurumları ilə hərbi-texniki sahədə əməkdaşlıq etmək üçün hər zaman hazır olduğunu bildirdi.

Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “Ceska Zbrojovka Group SE” şirkəti arasında hərbi-texniki sahədə birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparıldı.

Sonda Lubomir Kovarik səmimi qəbula görə təşəkkürünü bildirdi.