Özünü qatarın altına atdı, maşinist isə... - Metroda dəhşət

Özünü qatarın altına atdı, maşinist isə...
Oxunma sayı: 5327

Bakı metrosunda gənc oğlan özünü qatarın altına atıb. "Qafqazinfo"  Unikal.org-a istinadən xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində "Bakı Metropoliteni"nin "Ulduz” stansiyasında qeydə alınıb.

Belə ki, 20-25 yaşlarında gənc oğlan qatar gələn zaman özünü reyslərin üzərinə atıb. Xoşbəxtlikdən qatarı dərhal saxlamaq mümkün olub. Xətdəki gərginlik kəsildikdən sonra sərnişin qatarın altından çıxarılıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə bu gün saat 15:50 radələrində baş verib:

"1992-ci il təvəllüdlü Ələsgərli Tamerlan Rövşən oğlu özünü qatarın altına atıb. Maşinistin sayıqlığı, operativliyi nəticəsində qatarı dərhal saxlamaq mümkün olub və hadisə nəticəsində vətəndaş sağ qalıb. O, hər hansı bir xəsarət almayıb. Tamerlan Ələsgərli polisə təhvil verilib. Qatarlarların hərəkət intervalında hər hansısa gecikmə yaranmayıb”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi