AFFA əməkdaşları UEFA-dan təyinat aldı

affa-emekdaslari-uefa-dan-teyinat-aldi
Oxunma sayı: 1029

AFFA baş katibinin müavini Elçin Məmmədov və Hakimlər Komitəsinin rəhbəri Frank De Bleker UEFA tərəfindən növbəti təyinat alıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı AFFA yayıb.

Çempionlar Liqasının pley-off mərhələsində keçirilən “Fənərbaxça” (Türkiyə) – “Benfika” (Portuqaliya) oyununda matçın direktoru Elçin Məmmədov, hakim-inspektoru isə Frank De Bleker olub.