Bakıya məktəbli forması almağa gələn ailə qəzaya düşdü - Ata və uşağı öldü

bakiya-mektebli-formasi-almaga-gelen-aile-qezaya-dusdu
Oxunma sayı: 5920

Siyəzəndə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə “Beton yol” deyilən ərazidə qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 37 yaşlı Samit Əliyev və azyaşlı övladı hadisə yerində ölüb, 5 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Məlumata görə, ailə məktəbli forması almaq üçün Bakıya gəlirmiş.