“Başımı alıb gedərəm” – Gəraylı

basimi-alib-gederem-gerayli-
Oxunma sayı: 948








Gəraylı

Gecə-gündüz qan ağlaram
Artıbdı fərağım mənim
Başımı alıb gedərəm
Tutduqca ayağım mənim

Fələk işim salıb ləngə
Düşmüşəm qovğaya, cəngə
Aşaram hində, firəngə
Alınmaz sorağım mənim

Abbas doğru yola varsa
Namərd olar dalda qalsa
Deyilənlər gerçək olsa
Sönübdü çırağım mənim