Bu ərazilərə qar yağdı - Faktiki hava

bu-erazilere-qar-yagdi
Oxunma sayı: 5542

Azərbaycanda faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətidən “Qafqazinfo” ya verilən məlumata görə, yanvarın 10-u saat 00:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yanvarın 09-u axşam saatlarından başlayaraq havə şəraiti dəyişib, şimal-qərb küləyi bəzi yerlərdə güclənib.

Hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s, Şəkidə 18 m/s, Şabranda 16 m/s-dək çatıb.

Zaqatala, Xaçmaz, Ceyrançöl, Qubada yağış, Qaxın dağlıq ərazilərinə qar yağıb.