Xanım prezidentin xanım qızı - Paula Rusef

xanim-prezidentin-xanim-qizi-paula-rusef
Oxunma sayı: 980

İkinci nikahından olan qızı Paula Rusef 1975-cı ildə martın 27 –də dünyaya gəlib. Paula Dilma Rusefin yeganə qızıdır. O, hüquq fakültəsinin məzunudur və Porto Alegredə Əmək prokurorluğunda çalışır.

Paula 2008-ci ilin aprelin 18-də özündən üç yaş kiçik biznes administratoru Rafael Kovola ilə ailə qurub.

2010-cu ilin sentyabrında Paula Rusefin Qabriel Rusef Kovola adlı ilk oğlu dünyaya gəlib. Paulanın oğlunun dünyaya gəlişi həmin il anasının prezident kampaniyası ilə eyni vaxta təsadüf edib. 2010-cu ilin sentyabrın 30-da digər dörd namizədin sonuncu debatından sonra Rusef Rio De Janeyrodan Porto Alegreyə gələrək nəvəsi Qabrieli Roma Katolik Kilsəsində xaç suyuna çəkib.