“Rəhmətə getmiş bir neçə nəfər üçün bir dəfə Quran ya Yasin oxumaq, bir dəfə ehsan vermək olarmı? Yoxsa rəhmətə gedənlərin hər biri üçün bunları ayrı-ayrılıqda etmək lazımdır?”
“Qafqazinfo” oxucuların bu sualına islam.az-ın cavabını təqdim edir:
“Əvvəla, bunların heç biri şəriətdə vacib buyurulmayıb, müstəhəb əməllərdir. Mərhumun qohumları bu kimi işlərlə onun ruhuna bir növ hədiyyə göndərmiş olurlar ki, bu da onun ruhunun əzabdan xilas olmasına və rahatlaşmasına səbəb olur.
Quran oxuyarkən və ya ehsan verərkən əsas olan niyyətdir. Yəni. insan bu işləri görməzdən əvvəl hansı niyyəti etsə, əməli də həmin niyyətlə qəbul olar. Əgər Quran oxumağa başlamazdan əvvəl savabını bir neçə adamın ruhuna hədiyyə edəcəyini niyyət etsə, Allah bu savabı həmin ölülərin ruhlarına bərabər şəkildə verər. Eləcə də, mərhum üçün yerinə yetirilən digər savab işlər və ehsanlar da bu qəbildəndir”.
Son xəbərlər
Son Xəbərlər