Emre Belözoğlundan onu təhqir edən azarkeşlərə cavab - Video

emre-belozoglundan-onu-tehqir-eden-azarkeslere-cavab
Oxunma sayı: 1773

“Ankaragücü” klubunun baş məşqçisi Emre Belözoğlu “Fənərbaxça”ya 3:0 qalib gəldikləri matçdan sonra açıqlamalar verib. “Qafqazinfo”nun məlumatına görə, o, qarşılaşmanın gedişində azarekşlər tərəfindən təhqir olunmasına da münasibət bildirib:

“Allah mənə 150 il ömür versə belə, bu anları yaşayacağımı düşünməzdim. Məni yaxından tanıyanlar bilir ki, “Fənərbaxça” qəlbimin ən gözəl yerindədir. Bu gün yaşananlara layiq deyiləm. Küçədə “Fənərbaxça”lıların mənə göstərdiyi sevgini görürəm. Ağlıma gəlməzdi ki, bu gün belə şeylər yaşanacaq. Mən çörək yediyim heç bir kluba xəyanət etmərəm. “Fənərbaxça”nın əleyhinə heç nə danışmayacam. Amma bu gün yaşananlar məni üzdü”.

Qeyd edək ki, Emre Belözoğlu 2008/2012, 20013/2015 və 2019/2020-ci illərdə “Fənərbaxça”da çıxış edib.