Evində avtomat saxlayan şəxs tutuldu - Foto

evinde-avtomat-saxlayan-sexs-tutuldu
Oxunma sayı: 3087

Lənkəran sakinlərindən qanunsuz saxlanılan “Kalaşnikov” avtomatları və ov silahları götürülüb.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, Lənkəran ŞRPŞ-nin keçirdiyi tədbirlərlə qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş olunmuş Rəvan Rzayev saxlanılıb. Keçirilən baxış zamanı onun yaşadığı evdə gizlətdiyi “AK-74” markalı markalı avtomat, həmin silaha aid daraq və 6 ədəd patron aşkarlanaraq götürülüb.

Ümumilikdə isə, son 10 gün ərzində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat və profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 2 ədəd “Kalaşnikov” avtomatı və müvafiq sənədləri olmadan qanunsuz saxlanılan 15 ədəd ov tüfəngi götürülüb.