“Game of Thrones”da müəmma - Reklam, yoxsa xəta?

game-of-thronesda-muemma
Oxunma sayı: 1692

Dünyanın müzakirə etdiyi “Game of Thrones” (Taxt Oyunları) ilk  dəfə bir xətayla gündəmə gəlib. “Qafqazinfo” xəbər verir ki, layihənin bazar günü yayımlanan 8-ci sezonunun 4-cü bölümündə ekranlarda görünən “Starbucks” stəkanı müzakirələrə səbəb olub. 

Sosial şəbəkələrdə yeni bir sual müzakirəyə çıxarılıb. Bu reklamdır, yoxsa diqqətsizlik?

Serialın rejissorlarından olan Hauke Richter mövzuya aydınlıq gətirməyə çalışıb: “Serial və filmlərdə bu cür xətalara yol verilə bilər. Lakin iddia olunan “Starbucks” səhnəsini izləməmişəm. Bizim ekran işində bu günədək belə xətalara yol verilməyib. Bir dəfə də belə bir hadisə baş vermişdi.

Serialın 4-cü sezonunda Jamie Lannisterin yer aldığı bir səhnədə qəhvə stəkanının görüntüləri yayılmışdı. Sonradan məlum olmuşdu ki, həmin kadrlar efirdə yer almayıb. Biz son görüntülər barədə araşdırma aparıb ictimaiyyətə məlumat verəcəyik”.