Hande Erçel iş adamı ilə evlənir

hande-ercel-is-adami-ile-evlenir
Oxunma sayı: 5501

Türkiyənin məşhur aktrisası Hande Erçel iş adamı Hakan Sabancı ilə evlənir.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, 2024-cü ili Balidə qarşılayan və hazırda tətillərinə davam edən ikili ailə qurmaq qərarına gəlib.

Cütlüyün toyunun yayda baş tutacağı bildirilir. Təxminən bir ilə yaxındır birlikdə olan Erçellə Sabancı artıq toyun keçiriləcəyi məkan və yaşayacaqları evlə bağlı axtarışa başlayıblar.

Məlumata görə, onlar xaricdə sadə toy etmək istəyiblər, lakin Sabancı ailəsi oğlu üçün İstanbulda möhtəşəm toy etmək arzusundadır.